AKSİYASI ÜZRƏ QAYDALAR
Bu «iİlk səfər ilə 100%dək keşbek qazanmaq imkanı» aksiyası üzrə (bundan sonra “Aksiya” adlandırılacaq) üzrə Rəsmi Qaydalar (bundan sonra “Qaydalar” adlandırılacaq) Aksiyanın keçirilməsi qaydasını və şərtlərini müəyyən edir. Aksiyada iştirak ödənişsizdir. Aksiya qumar oyunu, lotereya, qumar xidməti və ya müsabiqə deyil və qumarın hər hansı formasında istifadə edilə bilməz. Aksiyada iştirak, iştirakçı tərəfindən Qaydaların bütün şərtlərini və onlara edilən hər hansı düzəlişləri tam və qeyd-şərtsiz qəbul etməsi deməkdir.
Aksiya “Umico” istehlakçı loyallığı koalisiya proqramı çərçivəsində həyata keçirilir. “Umico” istehlakçı loyallığı koalisiya proqramında iştirak etmək üçün Publik Oferta ilə aşağıdakı linkdən keçməklə tanış olmaq mümkündür: https://umico.az/ru/public-offer.
1. BU QAYDALARDA İSTİFADƏ EDİLƏN TERMİNLƏR VƏ ONLARIN TƏRTİFLƏRİ
1.1. “Aksiya” – Uklon onlayn xidmətinin və “Umico” koalisiya istehlakçı loyallığı proqramına marağınq, istehlakçı tələbin yaradılması və yeni istifadəçilərini cəlb etmək məqsədlərini daşıyan “iİlk səfər ilə 100%dək keşbek qazanmaq imkanı” adlı “reklam aksiyasıdır. Aksiyanın məqsədi Təşkilatçı tərəfindən təqdim olunan xidmətləri tanıtmaq və onları reklam etməkdir.
1.2. “Aksiyanın keçirilmə Ərazisi” – Aksiyanın şərtlərinin qüvvədə olduğu ərazi deməkdir. Aksiya yalnız Bakı şəhəri (Azərbaycan Respublikası) ərazisində yeni istifadəçilər üçün keçirilir.
1.3. “Aksiya Dövrü” və ya “Aksiya Müddəti” – Bakı yerli vaxtilə 03.05.2023-cü il saat 00:00-dan 02.11.2023-cü il daxil olmaqla saat 23:59-a qədər Aksiyanın keçirildiyi dövr (müddət) deməkdir.
1.4. “Aksiya üzrə Təşkilatçı” – UKLON AZERBAIJAN MMC və “COMPETO” MMC. “Aksiya üzrə İcraçı” – UKLON AZƏRBAYCAN MMC.
1.5. “Aksiyanın İştirakçısı(ları)” dedikdə, Aksiyada iştirak edən zaman azı 18 (on səkkiz) yaşına çatmış və Aksiyada iştirak etmək üçün lazımi şərtləri yerinə yetirən mülki hüquq qabiliyyətinə malik olan fiziki şəxs (Azərbaycan Respublikasının vətəndaşı, xarici vətəndaş və vətəndaşlığı olmayan şəxs) başa düşülür. Aksiya yalnız Uklon Mobil Tətbiqindən istifadə edərək qeydiyyatdan keçmiş Uklon Onlayn Xidmətinin yeni İstifadəçiləri üçün keçərlidir. İştirakçı tərəfindən bu Qaydaların vicdanla yerinə yetirilməsinə dair şübhə yaranarsa və ya Qaydaların şərtlərinin qəsdən pozulması faktı müəyyən edilərsə, Təşkilatçı həmin İştirakçını Aksiyadan kənarlaşdırmaq hüququna malikdir.
1.6. “Uklon Onlayn Xidmətinin İstifadəçisi və/və ya İstifadəçi” ən azı 18 (on səkkiz) yaşı olan və “Uklon” Onlayn Xidmətindən istifadə edən mülki hüquq qabiliyyətinə malik olan fiziki şəxs deməkdir.
1.7. “Uklon“ Onlayn Xidmət” və ya “Onlayn Xidmət” və ya “Texnoloji platforma” avtomatlaşdırılmış monitorinq, toplama, emal, paylama, saxlama, İstifadəçilər tərəfindən verilən Xidmətlər üzrə sifarişlər və Uklon Tərəfdaşları tərəfindən yerləşdirilmiş Xidmətlərə dair təkliflər haqqında məlumatların təqdimatı, tələb və təklif nisbətinə, hava şəraitinə, marşruta və onun sıxlığına əsasən Xidmətlərin dəyərinin avtomatik hesablanması və s. üçün nəzərdə tutulan, habelə avtomatik olaraq marşrutlar quran və İstifadəçi ilə Uklon tərəfdaşı arasında ünsiyyət üçün məlumat mübadiləsini təmin edən, həmçinin İstifadəçiyə Sifarişin mümkün icrası ilə bağlı İstifadəçinin meyarlarına uyğun olaraq avtomatik olaraq yaradılan Uklon partnyorlarının təkliflərini axtaran və onlarla tanış olmaq və öz mülahizəsinə uyğun olaraq Uklon tərəfdaşlarının müvafiq təkliflərini qəbul etmək və ya rədd etmək imkanını verən, Xidmətlərin tövsiyə olunan qiymətini dəyişdirən, Onlayn Xidməti və Uklon tərəfdaşlarını qiymətləndirən və onlarla qarşılıqlı əlaqədə olan, quraşdırılmış proqramlardan istifadə edən kompüter proqramları və rəqəmlər, hərflər, simvollar, şəkillər və onların birləşmələri (o cümlədən qrafik məlumat, video məlumat və s.) şəklində bir-biri ilə əlaqəli elektron məlumatların məcmusunu ehtiva edən texnoloji platformadır. Onlayn Xidmət proqram təminatı məhsullarına aid olan kompüter proqramlaşdırmasının nəticəsidir.
1.8. “Xidmətlər” Təşkilatçı ilə müqavilə münasibətində olan Uklon Tərəfdaşları tərəfindən ictimai xarakter daşıyan, İctimai Ofertanın qəbul edilməsi yolu ilə bağlanan və Təşkilatçı tərəfindən uklon.eu veb-saytında yerləşdirilən İstifadəçilərə Onlayn Xidmətə çıxışın təmin edilməsi (proqram məhsullarının çatdırılması) haqqında müqavilə əsasında göstərilən avtomobil nəqliyyatı ilə sərnişinlərin daşınması xidmətləridir.
1.9. “Uklon” Mobil Tətbiqi” və ya “Mobil Tətbiq” Təşkilatçı tərəfindən İstifadəçiyə Uklon Onlayn Xidmətinə daxil olmaq funksional məqsədlə müvəqqəti istifadəyə verilmiş iOS, Android mobil cihazları üçün “Uklon” adlı mobil tətbiqi formasında kompüter proqramının surəti deməkdir.
1.9. “Aksiyanın saytı” İnternetdə bu Qaydaların aşağıdakı ünvanda ictimai istifadə üçün yerləşdirildiyi vebsayt deməkdir: uklon.eu.
1.10. Təşkilatçı Qaydaların yenilənmiş versiyasını Aksiyanın saytında yerləşdirməklə (dərc etməklə) Aksiya müddətini, Aksiya Ərazisini və Aksiyanın keçirilmə Müddətini dəyişdirmək hüququna malikdir. Göstərilən dəyişikliklər, Qaydalarda başqa hal nəzərdə tutulmayıbsa, Aksiyanın saytında dərc edildiyi andan qüvvəyə minir.
2. AKSİYADA İŞTİRAK ŞƏRTLƏRİ
2.1. Aksyada iştirak etmək üçün İştirakçı Aksiya müddətində aşağıdakı hərəkətləri etməlidir:
- Mobil Tətbiqi yükləyib Azərbaycan Respublikasının mobil operatorlarının nömrələrindən istifadə etməklə ilk dəfə “Uklon” Onlayn Xidmətinin İstifadəçisi kimi qeydiyyatdan keçməli;
- Mobil Tətbiqdən istifadə edərkən Mobil Tətbiqə geolokasiyadan istifadə etməyə icazə verməli;
- Mobil Tətbiqdən istifadə edərək Xidməti sifariş etməli və Xidmətdən yararlanmalıdır.
2.2. Hazırki Qaydaların 2.1-ci bənddə göstərilən şərtlərin (hərəkətlərin) bütün ardıcıllığını yerinə yetirmiş Aksiya İştirakçısına Uklon Onlayn Xidmətindən istifadə edərək ilk səfərin dəyərinə uyğun, lakin 4 AZN-dən artıq olmamaq şərti ilə, Umico bonus manatları verilir.
2.3. Səfərin dəyəri 4 AZN-dən çox olarsa, Umico bonus manatları müvafiq olaraq 4 AZN ekvivalentində verilir.
2.4. Umico bonus manatlarının məbləği 1 AZN – 1 bonus manat ekvivalentində hesablanır.
3. MƏHDUDİYYƏTLƏR VƏ TEXNİKİ ŞƏRTLƏR
3.1 UKLON AZERBAIJAN MMC Aksiyanın Təşkilatçısı və İcraçısı olaraq Qaydaların bu m2-ci maddəsində göstərilən müddəalara uyğun olaraq, Aksiyanın düzgün keçirilməsi və qanuniliyinə görə tam məsuliyyət daşıyır.
3.2. Təşkilatçı Aksiya çərçivəsində rabitə kanallarından istifadə zamanı məlumatların ötürülməsi ilə bağlı texniki problemlərə, telekommunikasiya operatorlarının işinə, rabitə operatorlarının və/və ya İnternet provayderlərn hər hansı səhvlərinə, o cümlədən, lakin bununla məhdudlaşmayaraq, telekommunikasiya operatorlarının xidmətlərinin, internet provayderlərinin xidmətlərinin keyfiyyətinə görə məsuliyyət daşımır.
3.3. Aksiyada iştirak etmək üçün İştirakçı tərəfindən həyata keçirilən İnternet/mobil rabitədən istifadə haqqı İştirakçı tərəfindən öz hesabına ödənilir və xidmətin provayderinin tarif planına uyğun olaraq bu xidmətin standart qiymətinə uyğundur.
3.4. Təşkilatçı İnternet/mobil şəbəkənin işində baş verən hər hansı texniki nasazlıqlara, habelə Təşkilatçıdan asılı olmayan hallar nəticəsində yaranmış digər texniki nasazlıqlara görə məsuliyyət daşımır.
4. ƏLAVƏ QAYDALAR VƏ ŞƏRTLƏR
4.1. İstifadəçilərin fərdi məlumatlarının emalı ilə bağlı bütün məsələlər (məqsəd, əsaslar, emal proseduru və fərdi məlumatların emalına razılığın geri götürülməsi proseduru daxil olmaqla, lakin bununla məhdudlaşmayaraq), Aksiyanın saytında və Mobil Tətbiqdə yerləşdirilən Məxfilik Siyasəti ilə tənizmlənir.
4.2. Təşkilatçı Qaydaların pozulmasına və/və ya təbii fəlakətlər, yanğınlar, daşqınlar, hər hansı xarakterli hərbi əməliyyatlar, blokadalar, Ərazidə qüvvədə olan qanunvericilikdə əhəmiyyətli dəyişikliklər, Təşkilatçıdan asılı olmayan digər fors-major kimi hallar (fors-major halları) görə məsuliyyət daşımır.
4.3. Aksiyada iştirak etməklə, Aksiya İştirakçısı bu Aksiya Qaydaları ilə tanış olduğunu və onun tam və qeyd-şərtsiz qəbul etdiyinə dair razılığını təsdiq edir və təqdim olunan məlumatların düzgünlüyünə görə şəxsən məsuliyyət daşıyır.
4.4. İştirakçılar Qaydaların yerləşdiriləcəyi Aksiyanın saytı vasitəsilə Qaydalar haqqında məlumatlandırılmalıdırlar. Aksiya haqqında əlavə məlumat sonradan vaxtaşırı müxtəlif reklam materialları və Qaydaların radio, İnternet və sosial şəbəkələri, çap reklam materialları, xarici reklam vasitələri, Uklon Onlayn Xidmətinin İstifadəçilərinə e-poçt ünvanlarına göndərilən məktublar, Mobil Tətbiqdə Push bildirişləri, Viber və ya SMS məktubları və digər onlayn KİV kimi ünsiyyət formaları vasitəsilə yayıla bilər.
4.5. Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyi ilə müəyyən edilmiş vergi və rüsumların ödənilməsi üzrə öhdəliklər Aksiya Qaydaları ilə müəyyən edilmiş xüsusiyyətləri nəzərə alınmaqla, Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə uyğun olaraq müəyyən edilir.
Redaksiya 03.05.2023-cü il tarixindən qüvvəyə minir.