Hesabı silin
Uklon hesabınızı necə silə bilərsiz?
Uklon hesabını silmək üçün aşağıdakı təlimatdan istifadə edin:
– mobil cihazınızda Uklon mobil tətbiqini açın;
– Uklon tətbiqinin Menyu hissəsində Profilə daxil olun;
– Hesabı sil düyməsini basın;
– Sil düyməsini klikləməklə hesabın silinməsini təsdiqləyin.
Sizin sorğunuz emal olunub identifikasiya aparıldıqdan sonra aşağıdakı hallar istisna olmaqla, hesabınız silinəcək:
– Sizin hesabınıza dair hər hansı həll edilməmiş məsələ (borc, aktiv və/və ya bron edilmiş sifariş, həll edilməmiş iddia və ya mübahisə) aşkar edildikdə;
– Uklon Driver hesabı olarsa (bu zaman Uklon Driver hesabını silmək imkanına maliksiz).
Əlavə suallarınız yaranarsa, Dəstək xidmətinə +994125265702 telefon nömrəsi ilə və ya az.uklon1@uklon.eu elektron poçt ünvanına yazmaqla müraciət edə bilərsiz.
Uklon Driver hesabınızı necə silə bilərsiz?
Uklon Driver hesabını silmək üçün:
– mobil cihazınızda Uklon Driver mobil tətbiqini açın;
– Uklon Driver tətbiqinin Menyu hissəsində Profilə daxil olun;
– Hesabın silinməsi üçün Sorğu düyməsini klikləyin;
– Hesabın silinməsi üçün sorğunu təsdiqləmək məqsədilə Sorğunu göndər düyməsini basın.
Sizin identifikasiya aparıldıqdan və sorğunuz emal olunduqdan sonra, aşağıdakı hallar istisna olmaqla, Sizin hesabınız silinəcək:
– Sizin hesabınızda hər hansı həll olunmamış məsələ (məsələn, borc, Uklon Driver onlayn servisə qoşulmanın dayanmasına/kəsilməsinə səbəb olan qanun pozuntusuna gətirib çıxarmış və servisin iş qaydalarının pozulması ilə nəticələnmiş dələduzluq və ya digər belə halların aşkar edilməsi);
– Həll edilməmiş iddia və ya mübahisənin mövcudluğu.
Hesabınız silindikdən sonra da, zərurət olarsa və ya qanunla icazə verilən hallarda Uklon müəyyən məlumatları özündə saxlaya bilər.
Əgər Uklon Driver hesabı ilə yanaşı, Uklon hesabınız da mövcuddursa, Uklon Driver hesabınız silinən zaman Uklon hesabınızın da silinəcəyinə diqqət edin.
Əlavə suallarınız yaranarsa, Dəstək xidmətinə +994125265701 telefon nömrəsi ilə və ya az.uklon1@uklon.eu elektron poçt ünvanına yazmaqla müraciət edə bilərsiz.